Avropa Birliyinin Erasmus+ LMQS “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsi çərçivəsində onlayn görüş keçirilib.
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin renovator qrupunun üzvləri onlayn görüşdə fəal iştirak ediblər.
Layihədə peşəkar səhiyyə işçiləri arasında aparılmış tədqiqatların nəticələrinin təhlili, tədqiqatların nəticələri əsasında müəyyən olunmuş prioritet bakalavr peşəsi üçün peşə kartının müzakirəsi, tədqiqatların nəticələri əsasında müəyyən olunmuş prioritet magistr peşəsi üçün peşə kartının müzakirəsi və. s məsələlər müzakirə olunub.
Avropa Birliyinin layihə üzrə baş koorinatoru Yunanıstan Qərbi Attika Universitetinin professoru Panos Yannakopoulos və fransalı konsultant professor Jan Noel Paşu, Avropa eksperti Katalin İlasku iştirakçıların layihə ilə bağlı maraqlandıran sualları cavablandırıb və ixtisaslı tibbi kadrların artırılması, tədrisdə innovativ metodların tətbiqi məsələləri geniş təhlil edilib.
Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri